"Neftçi" Priştina mərhələsinə qələbə ilə start verib

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Priştina məhələsində ilk oyun gününün görüşləri davam edir.

B qrupunda ilk oyununu keçirən qadın  millimiz ABŞ yığmasına 3-22 hesabı ilə məğlub olub. D qrupunda qərarlaşmış təmsilçimiz "Neftçi" isə ilk oyununda Niderland millisinə 11-6 hesabı ilə qalib gəlməyi bacarıb. Qadın millimizin qrupdakı növbəti oyunu Bakı vaxtı ilə saat 23:25 -də Qyor (Macarıstan) klubuna qarşı, "Neftçi" nin oyunu isə Bakı vaxtı ilə saat 00:45 -də Kosova millisinə qarşı baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ