"Neftçi" Bordo mərhələsinin 1/4 finalında

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bordo mərhələsində ilk oyun gününün görüşləri yekunlaşıb.

C qrupunda mübarizə aparan təmsilçimiz "Neftçi" ilk oyunda Fransa millisinə 12-16 hesabı ilə məğlub olsa da, ikinci görüşdə Polşa seçməsi üzərində 14-13 hesablı qalibiyyət əldə edərək 1/4 finala vəsiqəni təmin edib. 1/4 finalda "Neftçi" nin rəqibi Kanada millisi olacaq.

Oyun 20 iyul Bakı vaxtı saat 19:25 -də baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ