Raman Salei dünya çempionatının bürünc medalını qazanıb

Üzgüçümüz, 3 qat paralimpiya çempionu Raman Salei Mançesterdə keçirilən dünya çempionatında 100 m butterfly üzmə növündə 58.73 s nəticə göstərərək yarışın bürünc medalına sahib çıxdı.

İdmançımızı təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!

Qeyd edək ki, Raman Salei dünya çempionatında ikinci medalını qazanır. Dünən keçirilən yarışda idmançımız gümüş medala sahib çıxıb.

Müəllif: Bəhruz MƏMMƏDOV