U-18 millimiz Cəbəllütariq yığması üzərində qələbə qazandı

4 avqust tarixində Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun 5-9 -cu yerlər uğrunda oyunlarına start verilib.

Oğlanlardan ibarət U-18 millimiz Cəbəllütariq yığması ilə qarşılaşıb və rəqibinə 75-58 hesabı ilə qalib gəlib. Avropa çempionatı "C" divizionunda 5-9 -cu yerlər uğrunda mübarizədə millimizin növbəti rəqibi Andorra yığması olacaq.

Oyun 5 avqust saat 12:30 -da start götürəcək.

Müəllif: Məsim MƏSİMZADƏ