Masters turnirinin sonuncu günündə 3 cüdoçumuz tatamiyə çıxacaq

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Masters” turnirinin sonuncu yarış günü keçirilir.

6 avqustda 2 çəki dərəcəsində 3 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. Kişilər arasında-90 kq. çəkidə Murad Fətiyev, +100 kq. çəkidə Camal Qamzatxanov və Uşanqi Kokauri güclərini sınayacaq.

Turnir Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.

Müəllif: Natiq NƏSİROV