BOKS: QADINLAR ARASINDA DÜNYA ÇEMPİONATI BAŞLAYIR
ESTAFET/ Estafet.az xəbər verir ki, Sabah Astanada (Qazaxstan) boks üzrə qadınlar arasında Dünya çempionatına start veriləcək. Çempionatda 51, 60 və 75 kq çəki dərəcələrində yarımfinala vəsiqə qazanan idmançılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanacağından, bu çəkilərdə digərlərinə nisbətən daha yaddaqalan döyüşlərin olacağı dəqiqdi.
60 kq-da ölkəmizə lisenziya qazandıran Yana Alekseyevnadan fərqli Anna Əlimərdanova (51 kq) və Yelena Vistropova bu işin öhdəsindən gəlməyə çalışacaqlar.
Dünya çempionatına yollanan tam heyətimizlə tanış olaq:
48 kq - Əzizə Abbasova
51 kq - Anna Əlimərdanova
57 kq - Məhsəti Həmzəyeva
60 kq - Yana Alekseyevna
64 kq - Ayzanat Hacıyeva
69 kq - Məryəm Cəbrayılova
75 kq - Yelena Vistropova
81 kq - Alina Hacıyeva
+81 kq - Aynur Rzayeva