Millimizin Dünya çempionatının ilkin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşdi

Basketbol üzrə kişilərdən ibarət millimizin 2027-ci il Qətərdə keçiriləcək Dünya çempionatının ilkin təsnifat mərhələ oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.

Almaniyanın Münhen şəhərində baş tutmuş püşkatma mərasiminin nəticələrinə əsasən, milli komandamız A qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq. Qrup oyunları dairəvi sistem ilə oynanılacaq. Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi, 2025 -ci ilin yayında baş tutacaq Dünya çempionatının ilkin təsnifat mərhələsinin ikinci mərhələsinə yüksələcəkdir.

Qeyd edək ki, təsnifat mərhələsinin ilk qrup oyunları 2024-cü il 19-27 fevral tarixlərində keçiriləcəkdir.

Müəllif: Məsim MƏSİMZADƏ