Atıcımız MDB Oyunlarında qızıl medal qazandı
Belarusun paytaxtı Minsk şəhərində keçirilən II MDB Oyunlarında idmançımız Leyli Əliyeva pnevmatik tapançadan 10 m məsafəyə atəş növündə qızıl medal qazanıb.
Məlumat üçün bildirək ki, atıcımız Leyli Əliyeva iyul ayında Koreyanın Çanqvon şəhərində keçirilən Gənclər arasında Dünya Çempionatında bürünc medal qazanıb.