Azərbaycanlı atıcı II MDB Oyunlarının finalına yenidən vəsiqə qazanıb
Gənc atıcımız Leyli Əliyeva Minsk şəhərində keçirilən II MDB Oyunlarında yenidən finala vəsiqə qazanıb. Belə ki, atıcımız pnevmatik tapançadan 25m məsafəyə atəş növündə 567 bal toplayaraq ən yaxşılar arasında olmağı bacarıb.
Məlumat üçün qeyd edək ki, 2 gün əvvəl pnevmatik tapançadan 10m məsafəyə atəş üzrə rəqiblərinə qalib gələrək qızıl medala sahiblənib.