Kişilər arasında ACF turunun üçüncü turniri başa çatıb

11 avqustda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun üçüncü turniri keçirilib.

Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 19 klub, cəmiyyət və idman təşkilatından olan 48 cüdoçu tatamiyə çıxıb. Turnirdə idmançılar -60 kq., -66 kq., - 73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində medallar uğrunda mübarizə aparıb.

Qeyd edək ki, bu yarış il ərzində keçirilən kişilər arasında ACF turunun sonuncu yarışıdır. Bu yarışlar nəticəsində formalaşan reytinq siyahısında ilk yeri tutan idmançılar 22-24 sentyabrda keçiriləcək Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanacaqlar.

Medalçıların siyahısını təqdim edirik:

-60 kq.
1. Rövşən Əliyev
2. Rəşad Məmmədov
3. Nazir Talıbov
3. Hüseyn Allahyarov

-66 kq.
1. Qasım Vəlizadə
2. Eltac Yusifli
3. Rəşad Yelkiyev
3. Hüseyn Manafov

-73 kq.
1. Telman Vəliyev
2. Rüfət Şövlətov
3. Xudabaxış Əliyev
3. Kamran Qasımov

-81 kq.
1. Məmmədrza Hacızadə
2. Elcan Şəfiyev
3. Kərim Allahverdiyev

-90 kq.
1. Musa Hüseynli
2. Əli Hacızadə
3. Xəyyam Əliyev
3. Paşa Əliyev

-100 kq.
1. Ruslan Nəsirli
2. Hüseyn Məmmədov
3. Elşən Nəbiyev

+100 kq.
1. Camal Feyziyev
2. İmran Yusifov
3. Qurban Məmmədli

Müəllif: Natiq NƏSİROV