Azərbaycan cüdoçuları Zaqreb Qran Pri turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları 18-20 avqustda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək Qran Pri turnirində iştirak edəcək.
Üç gün davam edəcək turnirdə 88 ölkədən 560 idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda qadınlar və kişilər arasında 7 çəki dərəsində 9 idmançı ilə təmsil olunacaq.
Cüdoçular qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.
Qadınlar
-48 kq.
Leyla Əliyeva
-52 kq.
Gültac Məmmədəliyeva
-70 kq.
Südabə Ağayeva
Kişilər
-60 kq.
Nazir Talıbov
Əhməd Yusifov
-66 kq.
Kəramət Hüseynov
Kamran Süleymanov
-73 kq.
Rəşid Məmmədəliyev
+100 kq.
Uşanqi Kokauri
