Budapeştdə atletika üzrə dünya çempionatı keçiriləcək

Avqustun 19-dan 27-dək Macarıstanın paytaxtı Budapeştdə atletika üzrə dünya çempionatı keçiriləcək. Bu gün isə mötəbər yarışa ev sahibliyi edəcək şəhərdə “World Athletics Convention” tədbiri işə başlayıb.

Tədbirdə ölkəmizi Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, vitse-prezident Könül Nurullayeva və baş katib Məhərrəm Sultanzadə təmsil edir. Qeyd edək ki, dünya çempionatında Azərbaycan atletlərindən Anna Skidan və Aleksis Kopello mübarizə aparacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV