"Neftçi" Melilya mərhələsinə qələbə ilə başladı

18 avqust İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində qrup oyunlarına start verilib.
Qadın millimiz Melilya mərhələsinin ilk görüşündə 6-22 hesabı ilə İspaniya millisinə məğlub olub. B qrupunda qərarlaşmış təmsilçimiz "Neftçi" isə, ilk görüşündə Portuqaliya millisinə 21-17 hesabı ilə qalib gəlib. "Neftçi" qrupdakı növbəti oyununu Bakı vaxtı ilə saat 21:35 -də "Düsseldorf Zoos"(Almaniya) klubuna qarşı, qadın millimiz isə növbəti oyununu 23:40 -da "Yuanda" (Çin) klubuna qarşı keçirəcəkdir.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
