Qadın voleybolçulardan ibarət millimiz meydan sahibi Almaniya məğlub olub

Qadın voleybolçulardan ibarət millimiz bu gün Avropa çempionatında növbəti oyununa çıxıb. Komandamızın bu dəfəki rəqibi meydan sahibi Almaniya olub. Bu görüşdə komandamız 1:3 (13:25, 22:25, 25:12, 14:25) hesabı ilə məğlub olub.
Qeyd edək ki, millimizin növbəti oyunu sabah Türkiyə yığması ilə olacaq.

Avropa çempionatı

C qrupu

Azərbaycan - Almaniya 1:3 (13:25, 22:25, 25:12, 14:25)

Müəllif: Bəhruz MƏMMƏDOV