Uşanqi Kokauri Qran Prinin bürünc medalını əldə etdi

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Qran Pri turnirinin sonuncu günündə kişilər arasında +100 kq. çəki dərəcəsində Uşanqi Kokauri bürünc medal qazanıb. Uşanqi bürünc medal uğrunda görüşdə fransalı idmançı Amadau Meyteyə qalib gəlib.
