Çimərlik voleybolu üzrə yığmamız Avropa çempionatında iştirak edəcək

Bu dəfə ölkəmiz oğlanlar arasında CEV U-18 Avropa çempionatında təmsil olunacaq. Turnir 23-27 avqust tarixlərində İspaniyanın Madrid şəhərində keçiriləcək.

Çempionatda ölkəmizdən bir komanda iştirak edəcək. Təmsilçimiz təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Qeyd edək ki, voleybolçularımız İqor Olefirin baş məşqçiliyi ilə yarışacaqlar.

Komandalarımızın meneceri isə AVF-nin çimərlik voleybolu üzrə milli komandanın meneceri Valeriya Romanoviçdir.

Müəllif: Bəhruz MƏMMƏDOV