"QARABAĞ" FANŞOPU AZARKEŞLƏRİNƏ TƏQDİM ETDİ - FOTO
ESTAFET/ Bu gün saat 14:00-da "Park Bulvar" AVM-in 2-ci mərtəbəsində “Qarabağ”ın fanşopunun rəsmi açılışı mərasimi keçirilib. Rəsmi açılışda klubun vitse-prezidenti Tahir Gözəl, icraçı direktor Əmrah Çəlikəl, futbolçulardan kapitan Rəşad Sadıqov, Dani Kintana, xeyli sayda azarkeş və mətbuat nümayəndələri iştirak edirdi.
Tədbirdə Tahir Gözəl nitq söyləyib. O bu tarixin ağdmalılar və azərbaycanlılar üçün unudulmaz bir gün olduğunu qeyd edib.
"Ağdamın işğalından 24 il keçir. Açılışdan öncə Çəhidlər Xiyabanını ziyarət etdik və oradan bura gəldik. tarixin elə bu günündə "Qarabağ"ın "Rusenborq" üzərindəki tarixi zəfərindən sonra komandamız azarkeşlərinə sevinc bəxş edir. Umid edirik ki, bundan sonra da əlimizdən gələni edəcik".
Çıxışından sonra oğlu və Əmrah Çəlikəllə birlikdə açılış lentini kəsən vitse-prezident ilk olaraq mağazadan alış-verişi də özü edib.