Niderlanda keçirlən Avropa Paralimpiya Çempionatı başa çatıb

08-20 avqust tarixlərində Niderland Krallığının Rotterdam şəhərində keçirlən Avropa Paralimpiya Çempionatı başa çatıb. Çempionatda iştirak edən idmançılar və komitə nümayəndələri avqustun 22-si Vətənə qayıdıblar. Komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri və idmançıların yaxınları qarşılayıblar.

Avropa Paralimpiya Çempionatında ölkəmizi 35 idmançı 7 idman növündə təmsil edib. Milli komandanın üzvləri Şəhanə Hacıyeva (cüdo), Xanım Hüseynova (cüdo), İmaməddin Xəlilov (takevondo), Əbülfəz Abuzərli (taekvondo) Avropa Paralimpiya Çempionatının qızıl medalını qazanıblar.

Namiq Abaslı (cüdo), Dürsədəf Kərimova (cüdo), İlham Zəkiyev (cüdo), Röyalə Fətəliyeva (taekvondo) çempionatın gümüş medalına sahib çıxıblar.

Millinin digər üzvləri İsmayıl Muradov (cüdo), Xatirə İsmiyeva (cüdo), Sabir Zeynalov (taekvondo), Amin Şıxalıyev (taekvondo), Aybəniz Babayeva (güllə atıcılığı) yarışların bürünc medalını qazanıblar.

Ümumilikdə 45 ölkədən 1500 idmançının iştirak etdiyi Avropa Paralimpiya Çempionatında milllimiz 13 medal qazanaraq mötəbər yarışı 11-ci pillədə başa vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV