"Amma sonluğun belə olması çox gözəldir": Zeynəb Sultanova

ESTAFET/ "Amma sonluğun belə olması çox gözəldir". Bu sözləri Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında gümüş medal qazanmış Azərbaycan millisinin üzvü Zeynəb Sultanova deyib.
Fərdi atışda ən yüksək göstəriciyə imza atan (8-ci yer) atlet yarışdan əvvəl medal qazanacağını gözləmədiyini bildirib: “Amma sonluğun belə olması çox gözəldir”.
Atıcılıqla peşəkar səviyyədə 4 ilə yaxındır məşğul olduğunu söyləyən Sultanova gələcəyə nikbin baxdığını vurğulayıb: “Olimpiadaya vəsiqə qazanmağa hələlik təcrübəm çatmır. İndi ikinci yeri tutdum. Ümid edirəm ki, zaman ötdükcə pillə-pillə yüksək yerlərə kimi gedib çıxaram”.
