Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
"Amma sonluğun belə olması çox gözəldir": - Zeynəb Sultanova
"Amma sonluğun belə olması çox gözəldir": Zeynəb Sultanova

ESTAFET/ "Amma sonluğun belə olması çox gözəldir". Bu sözləri Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında gümüş medal qazanmış Azərbaycan millisinin üzvü Zeynəb Sultanova deyib.

Fərdi atışda ən yüksək göstəriciyə imza atan (8-ci yer) atlet yarışdan əvvəl medal qazanacağını gözləmədiyini bildirib: “Amma sonluğun belə olması çox gözəldir”.

Atıcılıqla peşəkar səviyyədə 4 ilə yaxındır məşğul olduğunu söyləyən Sultanova gələcəyə nikbin baxdığını vurğulayıb: “Olimpiadaya vəsiqə qazanmağa hələlik təcrübəm çatmır. İndi ikinci yeri tutdum. Ümid edirəm ki, zaman ötdükcə pillə-pillə yüksək yerlərə kimi gedib çıxaram”.

Müəllif: Bəhruz MƏMMƏDOV