Dünya çempionatı: 3 cüdoçumuz finalda
24 avqustda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında 3 cüdoçumuz finalda mübarizə aparacaq.
Oğlanlar arasında -60 kq. çəkidə Məhəmməd Musayev finalda israilli cüdoçu İshaq Aşpizlə, -66 kq. çəkidə Əbil Yusubov isə polşalı cüdoçu Simon Sulikə qarşı qızıl medal uğrunda güclərini sınayacaq.
Qızlar arasında isə finalda -52 kq. çəkidə Xədicə Qədəşova Fransa təmsilçisi Alisya Pulanj ilə tatamiyə çıxacaq.
Final görüşləri saat 18:00-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.