Voleybolçulardan ibarət millimiz İsveç komandasına məğlub olub

Avropa çempionatında iştirak edən qadın voleybolçulardan ibarət millimiz bu gün qrupda son oyununa çıxıb. C qrupunda yer alan komandamız İsveçlə qarşılaşıb. Bu matçda yığmamız 1:3 (17:25, 25:17, 21:25, 18:25) hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamızın növbəti mərhələyə yüksəlib-yüksəlməyəcəyi sabah baş tutacaq Çexiya-İsveç qarşılaşmasından sonra bəlli olacaq.

Avropa çempionatı

23 avqust

C qrupu

İsveç - Azərbaycan 3:1 (25:17, 17:25, 25:21, 25:18)

Müəllif: Bəhruz MƏMMƏDOV