Ciovanni Sernoqoras: "Çox şadam ki, kolleksiyama dünya çempionatının ilk qızıl medalını əlavə etdim"

Stend atıcılığının səngər növü üzrə kişilər arasında yarışda qızıl medala xorvatiyalı Ciovanni Çernoqoras sahib olub. Ondan 3 xal geri qalan slovakiyalı Marian Kovakosi 41 xalla gümüş medal qazanıb. Küveyt yığmasının üzvü Xaled Almudhaf rəqiblərindən xeyli geri qalsa da, 31 xalla gümüş medala yiyələnib.

“Paris-2024”-ə lisenziyanı Xorvatiya, Slovakiya və Küveyt təmsilçiləri ilə yanaşı, finalda iştirak edən italiyalı atıcı Ciovanni Pellielo əldə edib.

Yarışdan sonra Ciovanni Sernoqoras təəssüratlarını bölüşüb:

“Bu yarış bizə ona görə vacibdir ki, Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandırır. Ona görə bütün diqqətimi finala yönəltmişdim. Cədvələ baxmırdım. Ancaq komanda yoldaşlarımın səsindən başa düşdüm ki, öndəyəm və qalib olacaq. Çox şadam ki, kolleksiyama dünya çempionatının ilk qızıl medalını əlavə etdim”.

O, Bakıya gəlməkdən məmnun olduğunu da bildirib:

İlk dəfə Bakıya 2017-ci ildə Avropa çempionatında iştirak etmək üçün gəlmişəm. Həmin vaxt fərdi yarışda bürünc, komanda olaraq isə gümüş medal qazanmışdıq. Yenidən paytaxtınızda olmaqdan məmnunam. Bura dünyanın ən yaxşı atıcılıq mərkəzlərindən biridir.

Müəllif: Bəhruz MƏMMƏDOV