Stend atıcılığında Oyunları 9 medalla başa vurduq

ESTAFET/ Qəbələ Atıcılıq Mərkəzində III MDB Oyunları çərçivəsində stend atıcılığı üzrə yarışlar keçirilib.

Azərbaycanlı idmançı Nərmin Bədəlli stend atıcılığının “trap” növündə fərdi yarışda ikinci olub. Bu kateqoriyada qızıl medalı rusiyalı atıcı Alina Axatova qazanıb.

Digər Azərbaycanlı idmançı Mürtəza Novruzlu da gümüş medala sahib çıxıb. Stend atıcılığının “trap” növündə fərdi yarışda o ikinci, rusiyalı Kiril Baqrov isə birinci yeri tutub.

Daha bir atıcımız Daniyella Ulanova isə stend atıcılığının “skeet” növündə fərdi yarışda bürünc medal qazanıb.

Bununla da stend atıcılığı üzrə yarışlara yekun vurulub. Azərbaycanlı idmançılar yarışları 9 medalla başa vurublar (5 gümüş, 4 bürünc).

Müəllif: Natiq NƏSİROV