"Neftçi" Debretsen mərhələsinin 1/4 finalında

27 avqust Macarıstanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qrup oyunları davam edir.

Təmsilçimiz "Neftçi" qrupun sonuncu oyununda ABŞ -ın U-24 millisi ilə üz-üzə gəlib və rəqibini 21-9 hesabı ilə məğlub edərək, qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb.

"Neftçi" nin 1/4 final oyunu, 28 avqust Bakı vaxtı ilə saat 21:10 da D qrupunu ikinci sırada tamamlamış kollektivə qarşı baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ