Cüdoçularımız dünya çempionatının komanda yarışlarında iştirak edəcək

27 avqustda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatının komanda yarışları start götürür.

Komanda yarışlarında 17 ölkə medallar uğrunda mübarizə aparır. Azərbaycan yarışlarda 10 idmançı ilə təmsil olunur.

Azərbaycan cüdoçularının ilk rəqibləri Yunanıstan yığması olacaq.

Oğlanlarda -60 kq. çəkidə Ümud Qurbanov və Məhəmməd Musayev, -81 kq. çəkidə Aslan Kotsoyev və Mehdi Abbasov, +81 kq. çəkidə Rəsul Səmədli və Ramazan Əhmədov, qızlarda isə -48 kq. çəkidə Məryəm Bayramzadə və Vüsalə Hacıyeva, -63 kq. Xədicə Qədəşova, +63 kq. çəkidə Kamilla Toholiyeva güclərini sınayacaq.

İlkin görüşlər saat 12:00-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

Müəllif: Natiq NƏSİROV