Cüdoçular Dünya çempionatının komanda yarışlarının gümüş medalını qazandı

27 avqustda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yeniyetmələr arasında Dünya çempionatının komanda yarışları keçirilib. Cüdoçularımız komanda yarışlarında gümüş medal əldə edib.

Çempionatının komanda yarışlarında 17 ölkə medallar uğrunda mübarizə aparıb. Azərbaycan yarışlarda 10 idmançı ilə təmsil olunub.

Azərbaycan komandası ilk görüşdə Yunanıstan yığmasını 4:1 hesabı ilə, ikinci görüşdə Qazaxıstan yığmasını 4:2 hesabı ilə, yarımfinalda isə Türkiyə yığmasını 4:3 hesabı ilə məğlub edib. Cüdoçularımızın final görüşündə rəqibi Fransa komandası olub. Görüşün nəticəsində idmançılarımız komanda yarışlarının gümüş medallarını qazanıblar.

Qeyd edək ki, millimiz fərdi yarışlarda 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla 8 medal qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 6-cı yeri tutub.

Müəllif: Natiq NƏSİROV