İqor Kizima: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"

ESTAFET/ Mükafatlandırma mərasimindən sonra ukraynalı İqor Kizima açıqlama verib:

“Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir. Ötən il Fransada gümüş medal qazanmışdım. Amma bu il eyni nəticə ilə Bakıda “qızıl” mənim oldu. Bilirsiniz ki, Ukraynada siyasi vəziyyət necədir. Bu medallar hamımız üçün dəyərlidir. Ona görə də ölkəmiz üçün əlimizdən gələni etməyə çalışırıq”.

Bakıya ikinci dəfə gəldiyini söyləyən 26 yaşlı atlet ölkəmizdə onlara göstərilən münasibətdən razılığını dilə gətirib:

“Bakıda olmaqdan məmnunam. İlk dəfə 2017-ci ildə gəlmişdim. Bu, ikinci səfərimdir. Ukraynlılar, avropalılar, ümumiyyətlə, bütün xalqlar üçün burada gözəl şərait yaradılıb. Bakı Atıcılıq Mərkəzindəki şəraiti çox adam görməyib. Onların bir qismi gördüklərimizi, sadəcə, arzu edirlər. Bizə qarşı insanların münasibəti çox gözəldir. Düzdür, Ukraynada da qonaqlara münasibət yaxşı olur. Amma buradakı diqqət daha çox təqdirəlayiqdir”.

Müəllif: Bəhruz MƏMMƏDOV