Zuxra İrnazarova: "Öz gülüşümü bəyənmirəm. Ona görə də medal alanda gülümsəməyi artıq hesab etdim"

ESTAFET/ Qızıl medalın qadın sahibi Zuxra İrnazarova da qalib olmağından söz açıb:

“Burada çıxış etmək xoşuma gəldi. Ümumilikdə, Bakı Atıcılıq Mərkəzi haqda yalnız xoş sözlər deyə bilərəm. Bu mərkəzdə məşq etmək və atış çox rahatdır. Möhtəşəm kompleksdir, xüsusən, divardan asılan şəkilləri (Qeyd: Mərkəz ötən beynəlxalq yarışlardan olan fotolarla bəzədilib) çox bəyəndim”.

İmazarova qızıl medala sahib olsa da, mükafatlandırma mərasimində kifayət qədər ciddi görünməsinin səbəbini bu cür əlaqələndirib:

“Öz gülüşümü bəyənmirəm. Ona görə də medal alanda gülümsəməyi artıq hesab etdim”.

Müəllif: Bəhruz MƏMMƏDOV