Dünya çempionatında Qazaxıstan və Ukrayna komandaları üçün uğurlu gün

Qadınlar arasında 10 metr məsafəyə hərəkət edən hədəfə atəş açma növündə Qazaxıstanı təmsil edən atletlər uğurlu çıxışla yadda qalıb.

378 xal yığan Aleksandra Saduakassova qızıl medalın sevincini yaşayıb. 18 yaşlı Zuxra İrnazarova eyni xalla ikinciliyi bayram edib. Ukraynalı Valentina Honçarova 370 xal yığaraq bürünc medal alıb.

Komanda növündə Qazaxıstan birinci, Ukrayna ikinci olub.

Müəllif: Bəhruz MƏMMƏDOV