Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinala qədər irəliləyən və turniri dördüncü yerdə başa  vuran Nicat Abasov Rumıniyada Avropa çempionatında iştirak edəcək yeniyetmələrlə görüşüb.

Təcrübəsini yeniyetmələrlə bölüşən beynəlxalq qrossmeyster mötəbər yarışlara hazırlıq prosesindən danışıb.

Şahmatçıların suallarına cavab verən Nicat Abasov yeniyetmələrə qitə çempionatında uğurlar arzu edib.

Müəllif: Natiq NƏSİROV