Özbəkistanın gənclərdən ibarət yığma komandasının cüdoçuları Bakıda təlim-məşq toplanışına qatılıblar

Avqustun 19-dan sentyabrın 1-ə qədər Bakıda Özbəkistanın gənc oğlanlardan ibarət komandasının üzvlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilib.

Azərbaycanın böyüklərdən və gənclərdən ibarət yığma komandası ilə birlikdə keçirilən hazırlıq prosesində 100-ə yaxın idmançı iştirak edib.

Təlim-məşq prosesi 7-10 sentyabrda Niderlandın Haaqa şəhərində keçiriləcək gənclər arasında Avropa çempionatına, 4-8 oktyabrda Portuqaliyanın Odivellas şəhərində keçiriləcək gənclər arasında Dünya çempionatına, 22-24 sentyabrda Bakıda keçiriləcək Böyük Dəbilqə tunirinə və Fransanın Monpelye şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Müəllif: Natiq NƏSİROV