FİRDOVSİ DÜNYA OYUNLARININ QALİBİ OLDU
ESTAFET/ Xəbər verdiyimiz kimi, Vrotslav (Polşa) şəhərində Dünya Oyunları keçirilir. Oyunlarda iştirak edən 2 karateçimizdən biri - 60 kq çəki dərəcəsində Firdovsi Fərzəliyev bu gün mübarizəyə başlayıb. Matias Qomez (İspaniya), Coffrey Berens (Hollandiya) və Emad Əlmalki (S.Ərəbistanı) ilə eyni qrupda mübarizə aparan Firdovsi artıq ilk döyüşünü keçirib.
Emad Əlmalki ilə baş tutan döyüş karateçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci və üçüncü döyüşlərinin nəticəsindən asılı olmayaraq yarımfinala yüksələn döyüş ustamız burada braziliyalı Duqlas Santosu 5:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb. Final döyüşündə Firdovsinin rəqibi güclü İran karateçisi Əmir Mehdizadə olub. Döyüşü uğurla quran Firdovsi yekunda 4:2 hesablı qələbə ilə Dünya Oyunlarının qalibi adını qazanıb.