Cüdoçularımız AÇ-nin ikinci günündə 2 medal qazandı

Haaqada keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatının ikinci günü arxada qalıb.

Azərbaycan cüdoçuları 8 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 2 bürünc medal əldə edib.

Oğlanlar arasında -73 kq. çəki dərəcəsində bürünc medal uğrunda görüşdə iki cüdoçumuz Vüsal Qələndərzadə və Süleyman Əliyev qarşılaşıb. Bərabər keçən mübarizənin “golden score”-da Süleyman üçüncü “şido”-nu alıb və nəticədə Vüsal Qələndərzadə çempionatın bürünc medalını qazanıb.

-81 kq. çəkidə Ömər Rəcəbli isə üçüncü yer uğrunda görüşdə Danimarkalı cüdoçu Coni Asxama “ippon” ilə qalib gələrək çempionatın bürünc medalına sahib olub.

Qeyd edək ki, çempionatın ilk günündə yığmamız 3 medal qazanmışdı.

Müəllif: Natiq NƏSİROV