Avropa çempionatının ilk yarış günündə mübarizə aparan cüdoçularımız Vətənə qayıdıb

Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının ilk yarış günündə mübarizə aparan cüdoçularımız Vətənə qayıdıb.

İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Qalib cüdoçularımızı qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və şüarlarla salamlayıblar.

Müəllif: Natiq NƏSİROV