2-ci tura yekun vuruldu - I Liqa

ESTAFET/ I Liqada 2-ci tura yekun vurulub. Son gündə 3 baş tutub.

“Difai Ağsu” - “Zaqatala” oyunu qolsuz bitib. “Şamaxı” “Araz Saatlı”nı 8 cavabsız qolla yenib. “Mingəçevir” isə “Qaradağ Lökbatan”a məğlub olub.

Hazırda MOİK 6 xalla vahid liderdir. “Şamaxı”, “Qaradağ Lökbatan”, “İrəvan” və “Karvan” 4 xal toplayıblar.

I Liqa
2-ci tur

21 sentyabr 2023

“Şamaxı” – “Araz Saatlı” 8:0
Qollar: Cəlal Cəbrayılov 17, 21, 34, Elşad Tağıyev 27 (pen.), Emin Zamanov 37 (pen.), Samir Məhərrəmli 52, Elçin Qasımov 60, Salman Ələsgərov 89
Şamaxı şəhər stadionu, 15:00.

“Mingəçevir” – “Qaradağ Lökbatan” 0:2
Qollar: Seyxan Fərəcov 64, Ürfan İsmayılov 90+4
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

“Difai Ağsu” – “Zaqatala” 0:0
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Səbuhi Bayramov.
Ağsu şəhər stadionu, 15:30.

Turun digər oyunları:

“İrəvan” – “Karvan” 0:0
MOİK – “İmişli” 1:0

Müəllif: Məsim MƏSİMZADƏ