Yığmamız FİFA reytinqndə yerində saydı

ESTAFET/ FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İyul ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb.

Millimiz 1147 xalla 121-ci pillədə qərarlaşıb.

Bir pillə geriləyən Türkiyə yığması 42-ci yerdədir. “Ay-ulduzlular”ın hesabında 1475 xal var.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1851 xalla liderliyini davam etdirib. Qətərdə təşkil olunan mundialın finalçısı Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sırada qərarlaşıb.

Millimizin AÇ-2024-ün seçmə mərhələsinin F qrupundakı rəqiblərinin reytinqdəki mövqeləri isə belədir:

5. Belçika – 1792
23. İsveç – 1538
25. Avstriya – 1537
115. Estoniya – 1172

Müəllif: Məsim MƏSİMZADƏ