Şeydayevin komandası ÇL-ə qələbə ilə başladı

ESTAFET/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın "Buriram Yunayted" klubu Asiya Çempionlar Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb.

Ölkə çempionu Çinin “Qrintaun" klubunu məğlub edib.

Qarşılaşma Tailand təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib. Görüşə start heyətində başlayan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.

Ramilin komanda oktyabrın 4-də Yaponiyada "Kofu"nun qonağı olacaq.

Müəllif: Natiq NƏSİROV