"KƏPƏZ" YENİDƏN BAKIDA TOPLANIR
ESTAFET/ Təlim-məşq toplanışının ikinci hissəsini Türkiyənin Ərzurumda şəhərində keçirmiş "Kəpəz"in əsas komandasının üzvləri istirahətə buraxılıb. Futbolçulara 3 günlük istirahət verilib. "Sarı-göylər" hazırlığa iyulun 29-da başlayacaq. Heyət Bakıda bir araya gələcək. İlk məşq prosesi saat 18:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionuna təyin olunub.