“Zirə” məğlub oldu, “Qəbələ” qalib gəldi

ESTAFET/ Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulub. Sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Kəpəz” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşma qonaq komandanın qələbəsiylə bitib.

Turun son qarşılaşması isə “Araz-Naxçıvan”la “Zirə” arasında baş tutub. Bu oyunda isə Naxçıvan təmsilçisi minimal hesabla qalib gəlib.

Daha öncə “Qarabağ” “Sumqayıt”a 5:0, “Neftçi” “Turan Tovuz”a 1:0 hesabıyla qalib gəlib, “Səbail” – “Sabah” matçında heç-heçə (2:2) qeydə alınıb.

Misli Premyer Liqası
8-ci tur

1 oktyabr 2023

“Kəpəz” – “Qəbələ” 0:1
Qol: Bilel Auaşeriya 51.
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov
Gəncə şəhər stadionu, 16:00

Kəpəz: 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 22. Rüfət Əhmədov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 15. Cavad Kərimov, 91. Latir Fal, 21. Martins Junior
Baş məşqçi: Azər Məmmədov
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev

“Araz-Naxçıvan”– “Zirə” 1:0
Qol: Nuno Rodriqes 78.
Qırmızı vərəqə: İqor Ribeyro, 90+4.
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev
“Dalğa Arena”, 18:30

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Məhəmməd Kadiri, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 15. Pyer Zebli, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Müəllif: Orxan NOVRUZOV