"SAUBER"LƏ "HONDA" ANLAŞMALARINI POZDULAR
ESTAFET/ Sauber komandasında rəhbər dəyişikliklərindən sonra Honda ilə əməkdaşlıqdan imtina edilib. Komanda bu ilin aprel ayının sonlarında imzalanan və komandanı 2018-ci ildə güc qurğuları ilə təmin edəcək müqavilənin dayandırılması haqda qısa bildiriş verib. Yeni təminatçının yaxın günlərdə elan ediləcəyi gözlənilir.
Komandanın rəhbəri Frederik Vassyer: "Biz Honda ilə əməkdaşlığımızın bitdiyini böyük təəssüf hissi ilə bildirmək məcburiyyətindəyik. Bu qərar komandanın gələcəyi üçün strateji əlaqələndirmənin yekunu olaraq qəbul edilib. Hondaya təşəkkür etmək istəyirik və onlara gələcəkdə Formula 1-də uğurlar arzulayırıq".
Hondanın idman bölməsinin rəhbəri Masaşi Yamamoto: "Biz Sauberlə gözəl münasibətlər qurmuşduq və səbirsizliklə 2018-ci il mövsümünü birlikdə keçirməyi gözləyirdik. Ancaq komandadakı rəhbər dəyişikliklərindən sonra aparılan müzakirələr zamanı, gələcəyə fərqli baxışlar üzündən layihənin dayandırılması üçün qarşılıqlı raziliğa gəlindi. Sauberə əməkdaşlıq üçün təşəkkür edirik və gələcəkdə uğurlar arzu edirik. Bu olanlara baxmayaraq, Hondanın avtoobil idmanına sevgisi və Formula 1-ə bağlılığı dəyişməyib".