“Mingəçevir”lə “İrəvan” səfərdə, “Karvan” evdə qələbə qazandı

ESTAFET/ I Liqada 3-cü tura yekun vurulub. Bu gün daha 3 görüş baş tutub.

“Qaradağ Lökbatan” evdə “İrəvan”a, “Araz Saatlı” isə “Mingəçevir”ə uduzub. “Karvan” Yevlaxda “Difai Ağsu” ilə oyundan qalib ayrılıb.

I Liqa
3-cü tur

29 sentyabr 2023

“Qaradağ Lökbatan” – “İrəvan” 0:1
Qol: Elşən Abdullayev, 86.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Araz Saatlı” – “Mingəçevir” 0:2
Qollar: Elsevər Bəkirzadə 16, Tural Məmmədzadə 36.
Saatlı OİK stadionu, 15:00.

“Karvan” – “Difai Ağsu” 2:0
Qollar: Elnur Mustafazadə 71, İzzət Müştaqov 76.
Yevlax şəhər stadionu, 15:30.

Turun digər oyunları:

“Zaqatala” – MOİK 2:2
“İmişli” – “Şamaxı” 0:3

Müəllif: Zaur HACIYEV