“Vəzifəmizi yerinə yetirməyə çalışacağıq” - De Byazi

ESTAFET/ “Qarşıdakı oyunlarda öz vəzifəmizi yerinə yetirməyə çalışacağıq”.

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlamasında AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrda keçiriləcək oyunlarla bağlı danışarkən deyib.

Belçikaya Bakıdakı məğlubiyyəti yada salan italiyalı mütəxəssis növbəti matçlarda üz-üzə gələcəkləri rəqiblər barədə də fikir bildirib: “Uğursuz buraxdığımız qol səbəbindən Belçikaya 0:1 hesabı ilə uduzduq. Amma yaxşı oynamışdıq. Bu, bizim səviyyəmizdəki komandaların kiçik çatışmazlığıdır. İndi bizim üçün əlçatan Estoniya və əlçatmaz Avstriya ilə qarşılaşacağıq”.

Qeyd edək ki, oktyabrın 13-də səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan millisi üç gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanı qəbul edəcək.

Müəllif: Natiq NƏSİROV