Montella rəsmən Türkiyə millisində

ESTAFET/ Türkiyə milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komandanı bundan sonra Vinçentso Montella çalışdıracaq.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. İtaliyalı mütəxəssis bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Ştefan Kuntsu əvəz edib. 49 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Vinçenso Montellanın son iş yeri "Adana Demirspor" olub. O, 2021-ci ildən rəhbərlik etdiyi Super Liqa təmsilçisindən bu yay ayrılmışdı.

Müəllif: Natiq NƏSİROV