Cüdoçularımız dünya çempionatında 2-ci yeri tutdu

ESTAFET/ Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatının fərdi yarışlarında 1 qızıl və 2 gümüş medal qazanıb, 3 cüdoçumuz isə sıralamada 5-ci yerdə qərarlaşıb. Fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında 2-ci yeri tutub.

Yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunub.

Dünya çempionatının fərdi yarışlarının ilk günündə oğlanlar arasında 60 kq çəkidə Nizami İmranov final görüşündə yaponiyalı idmançı Yamato Fukuda ilə güclərini sınayıb. Nəticədə Nizami yarışın gümüş medalını əldə edib. Qızlar arasında 48 kq çəki dərəcəsində Könül Əliyeva yarışı 5-ci yerdə tatamlayıb.

Çempionatının ikinci günündə 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vüsal Qələndərzadə yarışın qızıl medalına sahib olub. 

Yarışın üçüncü günündə oğlanlar arasında 90 kq çəkidə Vüqar Talıbov final görüşündə yaponiyalı idmançı Komey Kavabata ilə güclərini sınayıb. Nəticədə Vüqar yarışın gümüş medalını əldə edib. 81 kq çəki dərəcəsində Ömər Rəcəbli 5-ci yerlə kifayətlənib.

Fərdi yarışların sonuncu günündə isə oğlanlar arasında +100 kq çəkidə Ramazan Əhmədov 5-ci yerə çıxıb.

Müəllif: Natiq NƏSİROV