Millimizin Estoniya və Avstriya ilə oyunlar üçün heyəti açıqlandı

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Estoniya, 16-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Baş məşqçi Canni De Byazi qarşıdakı oyunlar üçün yığmaya 26 futbolçu dəvət edib.

Şahrudin Məhəmmədəliyev - Adana Demirspor (Türkiyə)
Səlahət Ağayev - Səbail
Rəşad Əzizli - Qəbələ
Aleksey İsayev - Sabah
Rüstəm Əhmədzadə - Zirə
Anton Krivotsyuk - Daejon Hana (Cənubi Koreya)
Nəriman Axundzadə - Qarabağ
Bəxtiyar Həsənalızadə - Tuzlaspor (Türkiyə)
Coşqun Diniyev - Ümraniyespor (Türkiyə)
Eddi İsrafilov - Neftçi
Elvin Camalov - Sabah
Elvin Cəfərquliyev - Qarabağ
Emil Səfərov - Qəbələ
Emin Mahmudov - Neftçi
Filip Ozobiç - Neftçi
Höccət Haqqverdi - Neftçi
Mahir Emreli - Dinamo (Zaqreb, Xorvatiya)
Musa Qurbanlı - Yurqorden (İsveç)
Ozan Can Kökçü - Eyndhoven (Niderland)
Qismət Alıyev - Zirə
Rahil Məmmədov - Qarabağ
Ramil Şeydayev - Buriram Yunayted (Tailand)
Renat Dadaşov - Hatayspor (Türkiyə)
Cəlal Hüseynov - Arda (Bolqarıstan)
Toral Bayramov - Qarabağ
Yusif Nəbiyev - Səbail

Müəllif: Natiq NƏSİROV