Əvəzedicilərin yarışında ilk dövrəyə yekun vuruldu

ESTAFET/ Əvəzedicilər Liqasında 9-cu tura yekun vurulub. Son günündə 2 görüş baş tutub.

“Sabah-2” - “Araz-Naxçıvan-2” oyununda qalib müəyyənləşməyib. “Qəbələ”nin əvəzediciləri isə evdə “Səbail-2” ilə görüşdən qalib ayrılıblar.

Əvəzedicilər Liqası
9-cu tur

8 oktyabr 2023

“Qəbələ-2” – “Səbail-2” 2:1
Qollar: Eşqin Əhmədov, 55. Sənan Ağalarov, 75 - Taleh Qarayev, 90+2.

“Sabah-2” – “Araz-Naxçıvan-2” 2:2
Qollar: Ceyhun Nuriyev, 48. İdris İnqilablı, 84 - Nihad Qurbanlı, 28. Tuqay Əlizadə, 90+4.

Turun digər nəticələri:
“Zirə-2” – “Turan Tovuz-2” 3:2
“Sumqayıt-2” – “Kəpəz-2” 3:0
“Neftçi-2” – “Qarabağ-2” 5:1

Müəllif: Məsim MƏSİMZADƏ