Şahmatçılarımız Karlsenlə eyni turnirdə

ESTAFET/ Sabahdan etibarən Dohada “Qatar Open” turniri start götürəcək. 

Mükafat fondu 110 min ABŞ dolları olan turnirdə Azərbaycan şahmatçılarından Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva iştirak edəcəklər.

Turnirin reytinq favoriti dünyanın 1 nömrəsi Maqnus Karlsendir (Norveç). Siyahıda ilk “üçlüy”ə Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) da daxildir.

155 şahmatçının iştirak edəcəyi gözlənilən turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.

Müəllif: Natiq NƏSİROV