Dünya çempionatından dönən cüdoçularımız havalimanında böyük çoşqu ilə qarşılandı

4-8 oktyabrda Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında yüksək nəticə qazanan cüdolarımız Vətənə qayıdıb.

İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Cüdoçularımızı qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və şüarlarla salamlayıblar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda 1 qızıl və 2 gümüş medal olmaqla 3 medal qazanıblar.

Müəllif: Natiq NƏSİROV