Gövhər dünya çempionu oldu
ESTAFET/ İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib.
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva dünya çempionatında tarixi uğura imza atıb. O, 11 oyundan 9 xal toplayaraq çempionatı birinci pillədə başa vurub.
Azərbaycanın digər şahmatçısı Məhəmməd Muradlı 6,5 xalla 13-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, sabahdan etibarən blits üzrə dünya çempionatı başlayacaq.